"Real”ın və “Barselona”nın keçmiş futbolçusu Mikael Laudrup Madrid klubunun Çempionlar Liqasının finalına yüksəlməsi haqda danışıb. Corner.az xəbər verir ki, 57 yaşlı sabiq futbolçu “kral klubu”nun etdiklərini “inanılmaz” olduğunu deyib:
“Real”ın çox uzun və zəngin avropakubok tarixi var. Komandanın keçmişdə də gözəl geridönüşləri olub. Amma bu mövsüm baş verənlər inanılmaz görünür: 1/8 finalda, 1/4 finalda, yarımfinalda… Bu, üç dəfə ardıcıl baş verdi. PSJ və “Mançester Siti” daha yaxşı oynadı, amma yenə də finalda “Real”dır.
Söz tapmaq çətindir. Biz PSJ-ni, “Çelsi”-ni, indi də “Mançester Siti”ni gördük. Bunlar təsadüf deyil”.
“Real” Çempionlar Liqasının yarımfinalında “Mançester Siti”ni mübarizədən kənarlaşdırıb. Madrid klubu ÇL-in finalında “Liverpul”la üz-üzə gəlib.