27 mart 2026. Cümə

Çempionlar Liqasının final matçının hakimləri bəlli oldu


Çempionlar Liqasının final matçının hakimləri bəlli oldu
Futbol üzrə UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün final oyununa hakim təyinatları açıqlanıb. Corner.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə, İngiltərənin “Liverpul” və İspaniyanın “Real” komandaları arasında baş tutacaq həlledici oyunun Fransadan olan Kleman Türpenə həvalə olunduğu vurğulanıb.
 
Ona həmyerliləri olan yan xətt hakimləri - Nikolya Danos və Siril Qrinqor kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Benua Bastyen yerinə yetirəcək.
 
Xatırladaq ki, Kleman Türpen ötən mövsüm Avropa Liqasının final matçını idarə etmişdi. İspaniyanın “Vilyarreal” və İngiltərənin “Mançester Yunayted” komandaları arasındakı həmin matçın əsas və əlavə vaxtı qolsuz bitdiyindən qalib penalti seriyasında müəyyənləşmişdi – 11:10.
 
Qarşılaşma mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda keçiriləcək.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"