23 oktyabr 2024. Çərşənbə

Çox pis hisslərdir, xoşagəlməzdir


Çox pis hisslərdir, xoşagəlməzdir
“Bunu izah etmək çox çətindir”. Corner.az xəbər verir ki, bu sözləri  “Mançester Siti”inin futbolçusu Kevin De Bruyne Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Madrid “Real”ına məğlubiyyətdən danışarkən deyib.
 
 
Belçikalı futbolçu, matçın son 5 dəqiqəsində baş verənləri izah etməyin mümkün olmadığını bildirib: “Əslində, pis oynamadıq. Sadəcə, hər şey beş dəqiqə ərzində əldən çıxdı ki, bunu da izah etmək mümkün deyil. Nə baş verdiyini bilmirəm. Biz həmin an şoka düşdük. Çox pis hisslərdir, xoşagəlməzdir. Amma davam etməliyik. İndi komandamız İngiltərə çempionluğunu qazanmağa çalışır”.
 
Xatırladaq ki, Çempionlar Liqasının yarımfinalında keçirilən iki oyunun yekununda “Mançester Siti” “Real”a uduzub. Mançesterdə baş tutan ilk görüşdə “şəhərlilər” 4:3 hesabı ilə qalib gəlib. Madriddəki cavab oyununda isə Qvardiolanın yetirmələri əlavə vaxtda məğlub olub – 1:3.






Çempionlar liqası

“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər