- Çempionlar liqası
- 23:48 20.03.2026
UEFA Bosniya və Herseqovina millisinin futbolçusu Miralem Pjanici iki oyunluq cəzalandırıb.
Corner.az xəbər verir ki, buna səbəb 29 yaşlı futbolçunun AVRO-2020-nin II turunda evdə "Yunanıstan"la oyunda qırmızı vərəqə ilə cəzalanmasıdır. "Juventus"da çıxış edən futbolçu 65-ci dəqiqədə rəqibi Zekaya qarşı kobudluq edib və meydandan qovulub.
Qeyd edək ki, Bosniya və Herseqovina seçmə mərhələdəki növbəti iki oyununu iyunun 8-də və 11-də keçirəcək.