23 oktyabr 2024. Çərşənbə

Salah və van Deyk finalda oynayacaq?


Salah və van Deyk finalda oynayacaq?
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Məhəmməd Salah və Vircil van Deykin Çempionlar Liqasının finalında “Real”a qarşı oynayıb-oynamayacağı ilə bağlı sualı cavablandırıb. Corner.az xəbər verir ki, almaniyalı mütəxəssis hər iki futbolçunun Parisdə finalda çıxış edəcəyinə şübhə etmədiyini söyləyib.
 
“Şübhə etmirəm ki, Salah və Van Deyk Parisdə finalda olacaqlar. Məqsəd onların hər ikisinin həftəsonu komandaya qayıda bilməsi idi. Bilmirəm, ilk dəqiqələrdən meydana çıxacaqlar, yoxsa sonradan. Onların finalda oynayacaqlarına şübhəm yoxdur” - deyə, təcrübəli çalışdırıcı bildirib.
 
Salah İngiltərə kubokunun finalında sıradan çıxıb. Misirli forvard, “Çelsi” ilə matçda ilk hissədə meydanı tərk etmək məcburiyyətində qalıb. Niderlandlı Van Deyk isə həmin oyunun 90-cı dəqiqədə əvəzlənib. 
 
Qeyd edək ki, “Liverpul” və Madrid “Real”ı arasında Çempionlar Liqasının final oyunu mayın 28-də Parisdə keçiriləcək.






Çempionlar liqası

“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər