30 iyun 2026. Çərşənbə axşamı

Alaba ÇL-nın finalında oynaya biləcək


Alaba ÇL-nın finalında oynaya biləcək
“Real”ın müdafiəçisi David Alaba Çempionlar Liqasının finalında oynamağa hazır olduğunu deyib. Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı \ futbolçu bunun üçün çox çalışdığını deyib:
 
“Özümü çox yaxşı hiss edirəm. Sağalmağa vaxtım var idi. Hazır olmaq üçün son günlər çox çalışdım”.
 
Bildirək ki, avstriyalı futbolçu “Mançester Siti” ilə yarımfinalın cavab matçında səhhətindəki problemlərə görə iştirak etməmişdi.
 
Alaba, bu mövsüm “Real”ın heyətində 45 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə edib.
 
“Real”ın “Liverpul”la qarşılaşacağı Çempionlar Liqasının final matçı mayın 28-də keçiriləcək.






Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu