15 avqust 2026. Şənbə

Çempionlar Liqasının finalına tıxac əngəli


Çempionlar Liqasının finalına tıxac əngəli
Futbol üzrə UEFA Çempionlar Liqasının İngiltərə “Liverpul”u ilə İspaniya “Real”ı arasında baş tutacaq final oyununun startı gecikir. Corner.az xəbər verir ki, buna “Liverpul”un stadiona gec gəlməsi səbəb olub.
 
Belə ki, azarkeşlərin Paris şəhərində yaratdığı sıxlıq səbəbindən Mersisayd təmsilçisi matçın keçiriləcəyi “Stad de Frans”a vaxtında çata bilməyib. Bu üzdən də UEFA qarşılaşmanın bir qədər gec başlamasına qərar verib. UEFA-dan verilən açıqlamaya görə, qarşılaşma saat 23:30-da başlayacaq.
 
Xatırladaq ki, matçın daha öncə 23:00-da başlaması nəzərdə tutulmuşdu.






Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu