1 fevral 2026. Bazar günü

Real Madrid Çempionlar Liqasının qalibi oldu!


Real Madrid Çempionlar Liqasının qalibi oldu!

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

Corner.Az xəbər verir ki, finalda İngiltərə "Liverpul" ilə İspaniya "Real Madrid"i üz-üzə gəlib.

Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda keçiriləcək matç Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İki kollektiv indiyədək 8 dəfə qitənin ən nüfuzlu klub turnirində bir-birinə rəqib olmuşdu. Bunların 4-də “kral klubu”, 3-də mersisaydlılar qələbə qazanmışdısa, bir görüşdə qalib müəyyənləşməmişdi. 

Bu, “Real” və “Liverpul”un Çempionlar Liqasının finalında 3-cü dueli idi. Əvvəlki 2 qarşılamadə tərəflər hərəyə bir dəfə titula sahib çıxmışdılar. 1980/81 mövsümündə İngiltərə təmsilçisi, 2017/18 mövsümündə isə İspaniya klubu turnirin qalibi olmuşdu.

UEFA Çempionlar Liqası

Final

28 may

23:30. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) 0:1

Qol: Vinisius Junior, 59.

Baş hakimi: Kleman Türpen (Fransa)

Paris, "Stad de Frans" stadionu







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”