25 mart 2026. Çərşənbə

“Barcelona” – “Liverpool”: Təyinatlar açıqlandı


“Barcelona” – “Liverpool”: Təyinatlar açıqlandı

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Barcelona” – “Liverpool” matçına təyinatlar açıqlanıb.

Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Kamp Nou”da keçiriləcək qarşılaşmanı Hollandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Byörn Kuypers olacaq. Ona Mario Diks və Ervin Zeynstra kömək edəcək. VAR hakimi Danni Makkeli, köməkçisi Pol van Bukel olacaq. Oyunun dördüncü hakim funksiyasını isə Tasos Sidiropoulos yerinə yetirəcək.

Qeyd edək ki, “Barcelona” – “Liverpool” matçı mayın 1-də, saat 23:00-da start götürəcək. Komandalar arasındakı cavab oyunu mayın 7-də keçiriləcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"