1 fevral 2026. Bazar günü

ÇL-nın bombardiri də Real'lı oldu


ÇL-nın bombardiri də Real'lı oldu
Futbol üzrə UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün bombardiri bəlli olub. Corner.az xəbər verir ki, Madrid “Real”ının hücumçusu Kərim Benzema mövsümün ən çox qol vuran futbolçusu olub.
 
34 yaşlı futbolçu mövsüm ərzində ümumilikdə 12 oyunda 15 qola imza atıb. Fransalı hücumçu 2 qol ötürməsi də verib.
 
Benzema bombardirlər siyahısında Robert Levandovskini (“Bayern”, 13 qol) və Sebastyen Alleri (“Ayaks”, 11 qol) qabaqlayıb. 
 
Xatırladaq ki, “Real” finalda "Liverpul"a 1:0 hesabı ilə qalib gələrək tarixində 14-cü dəfə ÇL-in qalibi olub.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”