15 may 2026. Cümə

UEFA Superkubokun iştirakçıları bilindi


UEFA Superkubokun iştirakçıları bilindi
Futbol üzrə UEFA Çempionlar Liqasının final oyunundan sonra UEFA Super Kubokunda qarşılaşacaq klublar dəqiqləşib. Corner.az xəbər verir ki, ÇL-in finalında “Liverpul”u 1:0 hesabı ilə məğlub edən “Real” Super Kubokda çıxış etmək hüququ qazanıb.
 
Madrid təmsilçisi sözügedən turnirdə Avropa Liqasının qalibi “Ayntraxt”la üz-üzə gələcək. Almaniya klubu da Avroliqanın finalında Şotlandiya “Reyncers”ini məğlub etmişdi – 2:1. 
 
UEFA Super Kuboku avqustun 10-da Finlandiyanın Helsinki şəhərindəki Olimpiya stadionunda təşkil olunacaq.






Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"