- Çempionlar liqası
- 15:49 30.01.2025
İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp İspaniya "Real Madrid"i ilə UEFA Çempionlar Liqasının final matçındakı xaos və çaxnaşmanın səbəbkarı olmaqda ittiham olunub.
Corner.az-ın məlumatına görə, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen açıqlama verib.
O, məhz almaniyalı mütəxəssis görüşdən bir neçə gün əvvəl azarkeşlərə çağırış edərək, onları Fransaya hətta biletsiz gəlməyə səslədiyini bildirib.
Darmanen, belə problemlər İngiltərənin bir neçə klubunun iştirakı ilə daim baş verdiyini vurğulayıb: "Çoxsaylı britaniyalı biletsiz fanatlar əvvəllər də olub. Xüsusən, 2019-cu ildə Madriddə belə hal baş vermiş və bu, oxşar çətinliklər yaratmışdı. Analoji problemlər ötən il "Uembli" stadionunda da olub. Bu problemlərə davranış, qeyri-mütəşəkkillik və böyük saxta bilet bazarı daxildir. Fan-zonadakı 10 minlərlə fanat qaydalara əməl edirdi. Onların azsaylı, amma fəal hissəsi isə bizim təhlükəsizlik sistemimizlə münaqişəyə girmişdi".
Qeyd edək ki, "Real" Mersisayd təmsilçisinə 1:0 hesabı ilə qalib gələrək tarixdə 14-cü dəfə Çempionlar Liqasının qalibi olub.