27 mart 2026. Cümə

ÇL-da mövsümün rəmzi komandası və futbolçusu açıqlandı


ÇL-da mövsümün rəmzi komandası və futbolçusu açıqlandı

UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün rəmzi komandası açıqlanıb.

Corner.az-ın məlumatına görə, "11-liy"ə İspaniya "Real Madrid"indən və İngiltərə "Liverpul"undan hərəyə 4, "Mançester Siti", "Çelsi" və Fransa PSJ-sindən 1 futbolçu düşüb.

Mövsümün oyunçusu adına isə "Real Madrid"dən Kərim Benzema layiq görülüb.

Qapıçı: Tibo Kurtua ("Real Madrid", İspaniya)

Müdafiəçilər: Endryu Robertson, Trent Aleksander-Arnold, Vircil van Deyk (hamısı "Liverpul", İngiltərə), Antonio Rüdiger ("Çelsi", İngiltərə)

Yarımmüdafiəçilər: Fabinyo ("Liverpul"), Luka Modriç ("Real Madrid), Kevin De Bröyne ("Mançester Siti", İngiltərə)

Hücumçular: Kilian Mbappe (PSJ, Fransa), Kərim Benzema Vinisius Junior (hər ikisi "Real Madrid")

Qeyd edək ki, "Real Madrid" finalda "Liverpul"u 1:0 hesabı ilə yenərək, tarixdə 14-cü dəfə Çempionlar Liqasının qalibi olub.









Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"