25 mart 2026. Çərşənbə

“Barcelona-ya qarşı oynayırsızsa, heç vaxt favorit ola bilməzsiz” – Klopp


“Barcelona-ya qarşı oynayırsızsa, heç vaxt favorit ola bilməzsiz” – Klopp

Çempionlar Liqasının yarımfinal mərhələsində Barcelona ilə qarşılaşacaq Liverpool-un baş məşqçisi Jurgen Klopp açıqlama verib.

Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, katalonların stadionu olan “Camp Nou” ilə bağlı danışıb: “Camp Nou” sadəcə bir stadiondur. O olduqca böyükdür, amma futbolun ibadət yeri deyil. Bu stadionda uğursuz çıxış edən komandalar da oldu. İndi biz orda oynamaq təcrübəsini qazanacağıq. Ümid edirəm ki, yaxşı oyun göstərərik”.

51 yaşlı mütəxəssis, Barcelona ilə oyunlarda favorit olmadıqlarını deyib: “Barcelona-ya qarşı oynayırsızsa, heç vaxt favorit ola bilməzsiz. Bütün azarkeşlər üçün gözəl oyunların olacağını düşünürəm”.

Qeyd edək  ki, Barcelona – Liverpool oyunu sabah, saat 23:00-da start götürəcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"