- Çempionlar liqası
- 21:38 20.02.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Kiminlə mübarizə aparmağımızdan asılı olmayaraq, biz "Lex"ik və bunun öhdəsindən gəlməliyik. Bu düşüncə ilə meydana çıxacağıq, hədəfimiz növbəti mərhələyə yüksəlməkdir".
Corner.az-ın məlumatına görə, bunu "Polşa"nın "Lex" (Poznan) komandasının məşqçisi Matsey Kendziorek UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a rəqib olmaları barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.
41 yaşlı məşqçi Ağdam klubunun əsas rəqibi "Neftçi"ni 19 xal qabaqlayaraq ölkə çempionu olduğunu xatırladıb: "Baş məşqçiləri 2008-ci ildən 4-2-3-1 sisteminə üstünlük verən Qurban Qurbanovdur. Hücumda ən böyük qüvvələri braziliyalı Kadi Borges və seneqallı İbrahima Vadjidir. Yaxın müddətdə onları daha ətraflı təhlil edəcəyik”.
Polşalı məşqçi, ilk matçın harada baş tutmasının o qədər də önəmli olmadığını bildirib: "Əvvəllər səfər qolu üstünlüyü qaydası qüvvədə olan cavab matçını evdə keçirmək yaxşı hal idi. “Qarabağ”la ilk matçdan üç gün sonra Polşa Super Kubokunda “Rakuv”la üz-üzə gələcəyik. Bu baxımdan səfərin olmaması bizim üçün yaxşıdır. Amma hər şeyə meydanda aydınlıq gələcək. Hər bir detala diqqət yetirəcəyik. Azərbaycanda havaların isti keçməsi aspektinə də hazırlaşacağıq".
Qeyd edək ki, "Qarabağ" ilk oyununu 5-6 iyulda səfərdə, cavab görüşünü 12-13 iyulda evdə keçirəcək.