Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb. Corner.az xəbər verir ki, tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi bəlli olub.
Ağdam klubunun Polşa “Lex”i ilə cütünün qalibini növbəti mərhələdə “Sürix”lə (İsveçrə) oyunlar gözləyir.
“Köhlən atlar” “Lex”ə qarşı ilk matçını səfərdə, cavab matçını evdə keçirəcək. “Sürix”in rəqibi olacaq komanda isə ilk oyunu evdə, cavab görüşünü səfərdə keçirəcək.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının da yeni mövsümdəki ilk rəqibi müəyyənləşib. Zaqreb təmsilçisi “Şkupi” (Şimali Makedoniya) - “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək. Emrelinin komandası ilk matçını evdə, cavab görüşünü səfərdə keçirəcək.
2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq Türkiyənin “Fənərbaxça” klubunu isə Kiyev “Dinamo”su (Ukrayna) ilə qarşılaşacaq.
ÇL-də 1-ci təsnifat mərhələsinin ilk oyunları 5-6 iyulda, cavab qarşılaşmaları 12-13 iyulda keçiriləcək. 2-ci təsnifat mərhələsinin ilk görüşləri 19-20, cavab matçları 26-27 iyulda baş tutacaq.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
“Tobol” (Qazaxıstan)/"Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya)/"Dinamo" (Batumi, Gürcüstan)
“Dinamo” (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya)/“Linkoln” (Cəbəllütariq)
"Lex" (Polşa)/"Qarabağ" (Azərbaycan) - “Sürix” (İsveçrə)
HJK (Finlandiya)/RFS (Latviya) - “Viktoriya” (Çexiya)
TNS (Uels)/“Linfild” (Şimali İrlandiya) - "Bodo Qlimt" (Norveç)/"Klaksvik" (Farer adaları)
"Ballkani" (Kosovo)/"Jalgiris" (Litva) - "Malmö” (İsveç)/İlkin mərhələnin qalibi
"Lüdoqorets" (Bolqarıstan)/"Sutyeska" (Monteneqro) - "Şemrok Rovers" (İrlandiya)/"Hibernians" (Malta)
"Maribor" (Sloveniya)/"Şaxtyor" (Soliqorsk, Belarus) - "Zrinski" (Bosniya və Herseqovina)/"Şerif" (Moldova)
“Makkabi” (Hayfa, İsrail) - “Olimpiakos” (Yunanıstan)
"Pünik" (Ermənistan)/ÇFR (Rumıniya) - "Düdelanj" (Lüksemburq)/"Tirana" (Albaniya)
Liqa yolu
“Midtyulland” (Danimarka) - AEK (Kipr)
“Dinamo” (Kiyev, Ukrayna) - “Fənərbaxça” (Türkiyə)