27 mart 2026. Cümə

Qarabağ böyük beynəlxalq təcrübəyə malikdir


Qarabağ böyük beynəlxalq təcrübəyə malikdir

"Əvvəlcə yaxşı xəbərdən başlayaq: Biz ilk matçımızı səfərdə keçirəcəyik. Bu, o deməkdir ki, cavab görüşünə öz meydanımızda çıxacağıq və iki mümkün rəqibdən hansının stadionuna gedəcəyimiz üzərində düşünməyəcəyik".

Corner.az-ın məlumatına görə, bunu İsveçrə "Sürix"inin prezidenti Ansilyo Kapera UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibləri barədə danışarkən deyib.

69 yaşlı funksioner həm Polşa "Lex"i, həm də Azərbaycan təmsilçisi "Qarabağ" çətin rəqib olduğunu bildirib: "Lex" güclü Polşa Ekstraklasasında bir çox uğura imza atıb. Bu komandanın böyük beynəlxalq təcrübəsi də var. Eyni sözləri ikinci mümkün rəqib "Qarabağ" barədə də demək olar. Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasında uzun illərdir dominantlıq edir və böyük beynəlxalq təcrübəyə malikdir".

İstənilən halda, iki çətin rəqibdən biri ilə qarşılaşacaqlarını söyləyən klub rəhbəri növbəti mərhələyə keçmək üçün mümkün olan hər şeyi edəcəklərini diqqətə çatdırıb.

Qeyd edək ki, "Qarabağ" - "Lex" cütünün qalibi ilk oyununu 19/20 iyulda evdə, cavab görüşünü 26/27 iyulda səfərdə keçirəcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"