1 oktyabr 2026. Cümə axşamı

Çakır ÇL-in yarımfinalında


Çakır ÇL-in yarımfinalında

UEFA türkiyəli FİFA referisi Cüneyt Çakıra yeni təyinat verib.

Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli hakim Çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpool" və "Barcelona" komandaları arasında İngiltərədə keçiriləcək cavab matçını idarə edəcək.

Dünən oynanılan ilk görüşdə ispanlar rəqibinə 3 cavabsız qolla qalib gəliblər. Cavab qarşılaşması mayın 7-də "Enfild Roud" stadionunda olacaq.

Qeyd edək ki, bu, Çakırın 2018-2019 mövsümündə ÇL oyunlarına aldığı 7-ci təyinatdır. 







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”