1 fevral 2026. Bazar günü

Qarabağ'ın rəqibi yenə məğlub oldu


Qarabağ'ın rəqibi yenə məğlub oldu
"Qarabağ"ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Lex" (Polşa) yoxlama oyununda növbəti matçına çıxıb. Corner.az xəbər verir ki, "Poqon"la üz-üzə gələn Poznan təmsilçisi rəqibinə minimal hesabla məğlub olub - 0:1.
 
Razılaşmaya görə, tərəflər hər biri 30 dəqiqədən ibarət 3 hissə oynayıblar.
 
Xatırladaq ki, "Lex" ilk yoxlama matçında Polşanın 2-ci liqasında mübarizə aparan "Vidzev"lə qarşılaşaraq 1:2 hesabıyla uduzmuşdu.
 
"Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”