23 oktyabr 2024. Çərşənbə

ÇL: İlkin mərhələyə yekun vuruldu


ÇL: İlkin mərhələyə yekun vuruldu
Futbol üzrə UEFA Çempionlar Liqasında ilkin mərhələyə yekun vurulub. Corner.az xəbər verir ki, bu mərhələnin həlledici oyununda Andorra çempionu “İnter”lə İslandiyanın “Vikinqur” komandaları üz-üzə gəlib.
 
Görüşdə minimal hesabla qalib gələn İslandiya çempionu ÇL-in 1-ci təsnifat mərhələsinə vəsiqə qazanıb. “Vikinqur”u növbəti mərhələdə İsveç çempionu “Malmö” ilə oyunlar gözləyir.
 
Xatırladaq ki, “Vikinqur” ilkin mərhələnin yarımfinalında Estoniya çempionu “Levadiya”nı 6:1, “İnter” isə San Marinonun “La Fiorita” komandasını 2:1 məğlub edərək finala yüksəlmişdilər.
 
ÇL-in ilkin təsnifat mərhələsinin həm yarımfinalında, həm də finalında uduzan komandalar mübarizəni Konfrans Liqasının 2-ci təsnifat mərhələsində davam etdirəcəklər. Finalda uduzan “İnter”i ÇL-in 1-ci təsnifat mərhələsinin “Pünik” (Ermənistan) - ÇFR Kluj (Rumıniya) cütünün məğlubu ilə duel gözləyir. “La Fiorita” ÇL-in təsnifat mərhələsinin “Ballkani” (Kosovo) - “Jalgiris” (Litva) cütünün məğlubu ilə qarşılaşacaq. “Levadiya” da “Şemrok Rovers” (İrlandiya) - “Hibernians” (Malta) cütünün məğlubunu gözləyir.
 
Çempionlar Liqası
İlkin mərhələ, final
24 iyun
 
İnter (Andorra) – Vikinqur (İslandiya) 0:1
Qol: İnqason, 68.






Çempionlar liqası

“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər