31 iyul 2026. Cümə

Qarabağ'la oyundan öncə əzmkar qələbə


Qarabağ'la oyundan öncə əzmkar qələbə
"Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Polşa çempionu “Lex” bu gün daha bir yoxlama oyununa çıxıb. Corner.az xəbər verir ki, Poznan təmsilçisi Polşa çempionatının digər təmsilçisi “Yagelloniya” ilə üz-üzə gəlib.

Üç qolun qeydə alındığı bu matçda “Qarabağ”ın rəqibi əzmkar qələbə qazanıb. 18-ci dəqiqədə məğlub duruma düşən “Lex”, 49 və 57-ci dəqiqələrdə xorvatiyalı müdafiəçisi Antonio Miliçin dublu sayəsində qələbə qazanıb.
 
Bu matç media və azarkeşlər üçün qapalı olub. Bununla da “Lex” “Qarabağ”la oyundan öncəki təlim-məşq toplanışını qələbə ilə yekunlaşıdırb. Xatırladaq ki, Poznan təmsilçisi bundan əvvəlki yoxlama oyunlarında "Vidzev"ə 1:2, "Poqon"a isə 0:1 hesabı ilə uduzmuşdu.
 
“Qarabağ” "Lex"lə iyulun 5-də səfərdə qarşılaşacaq. Bu komandalar arasındakı cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.






Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"