23 oktyabr 2024. Çərşənbə

Lex'lə oyunlarda da hücum futbolu göstərəcəyik


Lex'lə oyunlarda da hücum futbolu göstərəcəyik

“İlk oyunumuzu səfərdə keçirəcəyik. Lakin həmişə hücum futbolu sərgiləyirik. Yəqin ki, yenə belə olacaq”.

Corner.az-ın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Marko Veşoviç UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa “Lex”inə qarşı keçirəcəkləri görüşlər barədə danışarkən deyib.

Monteneqro millisinin müdafiəçi bildirib ki, ilk matçın Poznanda keçirilməsi Azərbaycan klubunun lehinədir: “Cavab matçını evdə keçirməyimiz yaxşıdır. Poznandan əlverişli nəticə ilə dönmək vacibdir. Öz stadionumuzda yaxşı atmosfer olur. Ona görə də daha asan olacaq”.

“Qarabağ”dan əvvəl 2018 - 2021-ci illərdə Polşada “Legiya”nın formasını geyinmiş Veşoviç orada xoşagəlməz anlar yaşadığını etiraf edib: “Klubdakı insanlarla problemim var idi. Mənə sayqı ilə yanaşdıqlarını hiss etmədim. Bərpa dönəmindəki hərəkətləri mənə hörmət etmədiklərini göstərdi. Ailəm və hətta azarkeşlər də nə baş verdiyini bilirdilər. Onlar mənə xanımıma görə yeni müqavilə təklif etmədilər”.

Qeyd edək ki, “Qarabağ” “Legiya” ilə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.







Çempionlar liqası

“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər