27 mart 2026. Cümə

Qarabağ inanılmaz idi


Qarabağ inanılmaz idi
Ötən mövsümü icarə əsasında “Aberdin”də keçirən yarımmüdafiəçi Teddi Yenks Konfrans Liqasındakı çıxışlarından bəhs edib. Corner.az xəbər verir ki, Britaniya mətbuatına açıqlamasında mövsümü dəyərləndirən “Brayton”un futbolçusu pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri görüşü də xatırlayıb.
 
20 yaşlı  ingilis oyunçu Ağdam klubuna məğlubiyyəti belə şərh edib:
 
“Avropada yaxşı oyunlar oldu, İsveç, İslandiya və Azərbaycanda matça çıxdıq. Əvvəllər belə təcrübə yaşamamışdım. Avrokuboklarda oynamaq imkanı əldə etdim. Əlbəttə, Avropa arenasındakı görüşlər müəyyən mənada daxili birincilikdən fərqlidi və daha yaxşıdı. Konfrans Liqasında qrupa düşməyə çox yaxın idik. Ancaq pley-offda “Qarabağ”a məğlub olduq. Azərbaycan komandası həmin matçlarda inanılmaz idi”.
 
Qeyd edək ki, “Qarabağ” ötən ilin avqustunda “Aberdin”i Bakıda 1:0, Aberdində isə 3:1 hesabı ilə məğlub edərək, qrupa yüksəlib, oradan isə 1/16 finala adlayıb.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"