27 mart 2026. Cümə

Qarabağ'a hörmətlə yanaşmalıyıq


Qarabağ'a hörmətlə yanaşmalıyıq
Polşanın “Lex” klubunun baş məşqçisi Con van den Brom UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, 55 yaşlı niderlandlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında doğma meydanda keçirəcəkləri matça ciddi hazırlaşdıqlarını bildirib:
 
“Çempionlar Liqasında zəif rəqib yoxdur. "Qarabağ"a hörmətlə yanaşmalıyıq. Həqiqətən çox yaxşı komandadır. Ötən mövsüm Konfrans Liqasında etdiklərini görmüşük. Eləcə də rəqib bizə hörmət etməlidir.
 
Bütün futbolçular yaxşı formadadırlar. Azərbaycan çempionuna qarşı 2 oyun keçirəyik. Təbii ki, asan olmayacaq”.
 
Sabah Poznandakı eyniadlı arenada baş tutacaq "Lex" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"