31 yanvar 2025. Cümə

Bizim də avrokubok təcrübəmiz çoxdur


Bizim də avrokubok təcrübəmiz çoxdur
Polşanın “Lex” komandasının kapitanı Mikael İshak UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu, bu gün baş tutan mətbuat konfransında doğma meydanda keçirəcəkləri matçla bağlı bunları söyləyib:
 
“Çempionlar Liqasının təsnifat mərhələsində çıxış etdiyimiz üçün xoşbəxtik. Hər bir komanda belə turnirdə oynamaq istəyər. Avrokuboklarda çıxış edirsənsə, 2-3 gündən bir oynamağa hazır olmalısan. 2 il öncə bu halla üzləşmişik. Əlbəttə, çox çətindir. Amma bizim də təcrübəmiz çoxdur”.
 
Sabah Poznandakı eyniadlı arenada baş tutacaq "Lex" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.






Çempionlar liqası

“Komandanın oyunundan razıyıq"
  • Çempionlar liqası
  • 15:49 30.01.2025
“Komandanın oyunundan razıyıq"
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
  • Çempionlar liqası
  • 19:51 28.01.2025
"Qasperini “Atalanta”da inanılmaz iş görür"