27 mart 2026. Cümə

Lex'in iki futbolçusu Qarabağ'la oyunu buraxacaq


Lex'in iki futbolçusu Qarabağ'la oyunu buraxacaq

Polşanın "Lex" klubunun 2 futbolçusu "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarını buraxacaq.

Corner.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Con van den Brom açıqlama verib.

Niderlandlı mütəxəssis, polşalı müdafiəçi Bartoş Salamon zədə, ispaniyalı yarımmüdafiəçi Dani Ramires isə Poznan təmsilçisindən ayrılmaq istədiyi üçün qarşıdakı görüşlərdə meydana çıxmayacaqlarını bildirib.

Qeyd edək ki, iyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"