27 mart 2026. Cümə

Qarabağ Lex'ə ilk oyunda məğlub oldu


Qarabağ Lex'ə ilk oyunda məğlub oldu

Bu gün Azərbaycan çempionu “Qarabağ”  UEFA Çempionlar Liqasında mübarizəyə start verib. Corner.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ÇL-in 1-ci təsnifat mərhələsində səfərdə “Lex” ilə qarşılaşıb.

Ağdam təmsilçisi Çempionlar Liqasında yoluna davam etmək üçün Poznandan sərfəli nəticə ilə qayıtmağa çalışıb. "Qarabağ"ın son illərdə Polşa klublarına qarşı uğurlu çıxışları olub. Belə ki, “köhlən atlar” son illərdə Avropa Liqasında bu ölkənin “Visla”, “Pyast” və “Legiya” klublarına qalib gələrək mərhələ adlayan tərəf olub. “Qarabağ” bu uğurlu “ənənə”nin pozulmaması üçün çalışsa da təəssüf ki, “Lex”lə ilk oyun uğursuz alınıb. Polşa çempionu doğma meydanda minimal hesabla qələbə qazanıb.

“Qarabağ” “Lex”ə qarşı cavab matçını bir həftə sonra Bakıda keçirəcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
5 iyul

Lex – Qarabağ 1:0
Qol: M.İshak, 41.
Hakimlər: Xose Luis Munuera, Pau Sebrian Devis, Antonio Ramon Martines Moreno, Xorxe Figeroa Vaskes (hamısı İspaniya).
Polşa, Poznan.

Lex: 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşo, 6. Yesper Karlström, 9. Mikael İshak (k), 16. Antonio Miliç, 21. Mixal Skoraş, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka.
Ehtiyat oyunçular: 35. Filip Bednarek, 3. Barri Duqlas, 7. Afonso Souza, 10. Daniel Ramires, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinqot, 30. Nika Kvekveskiri, 44. Alan Çervinski, 50. Adriel Ba Loua, 90. Artur Sobiex.
Baş məşqçi: Con van den Brom.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 20. Kadi Borges, 15. Leandro Andrade, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 4. Rahil Məmmədov, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"