1 oktyabr 2026. Cümə axşamı

Qarabağ'la oyun ukraynalı qapıçı üçün əlamətdar oldu


Qarabağ'la oyun ukraynalı qapıçı üçün əlamətdar oldu

"Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu Polşa "Lex"inin qapıçısı Artur Rudko üçün əlamətdar olub.

Corner.az xəbər verir ki, 30 yaşlı ukraynalı qolkiper Poznan təmsilçisində rəsmi matçlarda meydana çıxan 104-cü əcnəbi oyunçu kimi klubun tarixinə düşüb.

Qeyd edək ki, Polşadakı qarşılaşma "köhlən atlar"ın minimal hesablı məğlubiyyəti ilə bitib - 0:1. Komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”