23 oktyabr 2024. Çərşənbə

Qarabağ ilk baxışdan yaxşı təəssürat oyatdı


Qarabağ ilk baxışdan yaxşı təəssürat oyatdı

"Qarabağ" texniki və taktiki planda bizdən daha yaxşı təsir bağışladı".

Corner.az-ın məlumatına görə, bunu "Lex"in sabiq futbolçusu Martsin Drayer Polşa çempionunun evdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Veteran müdafiəçi bildirib ki, "köhlən atlar" səfərdə oynamasına baxmayaraq, meydanda dominantlıq ediblər: "Azərbaycan təmsilçisi ilk baxışdan yaxşı vizual təəssürat yaratdı. Razılaşın ki, "Lex"in qazandığı nəticə sərgilədiyi oyundan daha yaxşı idi. Cavab matçı öncəsi minimal hesablı qələbə cüzi üstünlükdür. "Qarabağ" uzun illərdir ki, avrokubokların qrup mərhələsində müntəzəm çıxış edir. Ona görə də bu rəqibə qarşı oynamaq çox çətindir".

Qeyd edək ki, "Qarabağ" və "Lex" arasında cavab matçı iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.







Çempionlar liqası

"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər