15 avqust 2026. Şənbə

Qarabağ'ın rəqibi Bakıya məğlub gəlir


Qarabağ'ın rəqibi Bakıya məğlub gəlir
Futbol üzrə Polşa Super Kubokunun qalibi müəyyənləşib. Corner.az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu “Lex”lə Polşa kubokunun qalibi olan “Rakuv” qarşılaşıb.
 
“Rakuv” bu oyunda 2 cavabsız qolla qələbə qazanaraq Super Kubokun qalibi olub. “Lex” 43 və 51-ci dəqiqələrdə buraxdığı qollarla Kuboka sahib olmağı əldən verib.
 
“Lex” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Bu komandalar arasında Polşada baş tutmuş ilk oyunda meydan sahibləri 1:0 hesabıyla qalib gəliblər. Cavab qarşılaşması isə iyulun 12-də Bakıda keçiriləcək.






Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu