1 fevral 2026. Bazar günü

Lex'in Bakıya səfər proqramı açıqlandı


Lex'in Bakıya səfər proqramı açıqlandı
Polşa çempionu “Lex”in "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya səfər proqramı bəlli olub. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Poznan təmsilçisi iyulun 11-də səhər saatlarında çarter reysi ilə Azərbaycana yollanacaq.
 
Uçuşun təxminən 4,5 saat çəkəcəyi gözlənilir. Saat 18:40-da Tofiq Bəhramov adına Respublika stadionunda "Lex"in baş məşqçisi Con van den Bromun mətbuat konfransı, saat 19:00-da isə komandanın açıq məşqi olacaq.
 
İyulun 12-də keçiriləcək "Qarabağ" - "Lex" oyununa saat 20:00-da start veriləcək. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”