23 oktyabr 2024. Çərşənbə

Qurban Qurbanov jurnalistlərlə görüşəcək


Qurban Qurbanov jurnalistlərlə görüşəcək
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Lex” oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Corner.az xəbər verir ki, əvvəlcə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov media qarşısına çıxacaq.
 
Qurbanovun mətbuat konfransı sabah saat 17:30-da "Azersun Arena"da baş tutacaq. İyirmi dəqiqə sonra isə eyni məkanda komandanın ilk 15 dəqiqəsi açıq olacaq məşqi başlayacaq. 
 
"Lex"in baş məşqçisi Con van den Bromun mətbuat konfransı və polşalıların açıq məşqi isə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Niderlandlı mütəxəssis 18:40-da jurnalistlərin önünə çıxacaq. 19:00-da isə komanda Bakıda son məşqinə çıxacaq.
 
İyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Lex" oyununa saat 20:00-da start veriləcək. 






Çempionlar liqası

"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər