23 oktyabr 2024. Çərşənbə

Sabah stadionun tam dolmasını istəyərdim


Sabah stadionun tam dolmasını istəyərdim
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Polşanın “Lex” komandasına qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Çox vacib oyundur. Bəlkə də belə matçları əvvəlki illərdə 3-4-cü mərhələdə keçirirdik. Bu dəfə isə ilk raunddaca layiqli komanda düşdü. Polşadakı matçda rəqibin gücünü hiss etdik”.
 
50 yaşlı mütəxəssis Poznan təmsilçisini daha yaxşı analiz etdiklərini bildirib: "Yaxşı komandaya qarşı oynayacağıq. İstənilən halda futbolçularıma güvənirəm. Sabah meydanda düşüncəli komanda olmalıyıq. Hamını sevindirməyə çalışacağıq".
 
O, transferlərlə bağlı suala indi cavab verə bilməyəcəyini söyləyib: "Bütün fikrimiz "Lex"lə oyundadır. Əlimizdəki futbolçulara inanıram".
 
Təcrübəli baş məşqçi hər şeyi nəzərə aldıqlarını vurğulayıb: "Yeni sistemdə səfər qolu qaydası yoxdur. Çox istərdik ki, 90 dəqiqə ərzində hər şey bizim xeyrimizə olsun. İlk matçla müqayisədə heyətlə bağlı dəyişiklik ola bilər. Komandam yaxşı oyuna hazırdır. Biz futbolçu döyüşçülərik. İnanıram ki, əvvəlki aqressiyanı meydanda yenə göstərəcəyik".
 
Qurbanov ilk oyundakı nəticəyə görə narahatlıq olmadığını bildirib: "Hər hansı basqı yoxdur. Əvvəl də belə hallarla üzləşmişik. Sadəcə, futbolçulara qarşı inamsızlıq mənə təsir edə bilər. İnanmıram ki, kiminsə bizə qarşı fərqli fikri olsun. Düşünürəm ki, hər kəs uğur qazanmağımız üçün çalışır. Əsas odur ki, futbolçular onlara qarşı inamsızlıq olduğunu hiss etməsinlər".
 
Mütəxəssis azarkeşlərdən dəstək gözlədiyini söyləyib: "Azarkeş futbolun ən vacib hissəsidir. Futbolçulara motivasiya, inam, məsuliyyət verirlər. Onların sayının çox olması bizim üçün yaxşıdır. Stadionun tam dolmasını istərdim. Bilirik ki, 10 milyon bizim arxamızdadır. Hamısı qalib gəlməyimizi istəyir".
 
Qurbanov heyətdəki itkilərə də toxunub: "Qara Qarayevdə narahatlıq var. Meydana çıxması sual altındadır. Bugünkü məşqdə onunla bağlı məsələyə aydınlıq gələcək".






Çempionlar liqası

"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər