23 oktyabr 2024. Çərşənbə

Bakıya qələbə qazanmaq üçün gəlmişik


Bakıya qələbə qazanmaq üçün gəlmişik
Polşanın "Lex" klubunun baş məşqçisi Con van den Brom UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, niderlandlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Burada olmaqdan məmnunam. Bakıdakı hava şəraiti xoşagələndir. Hamı günəşli havanı xoşlayır. Bunun bizə problem yaradacağını düşünmürəm. Çünki istənilən havada oynamağa öyrəşmişik. Ötən həftə Polşada da belə hava var idi".
 
56 yaşlı mütəxəssis bildirib ki, "Rakov"a 0:2 hesabı ilə uduzduqları Polşa Super Kubokunun matçından sonra heyətlə bağlı müəyyən itkiləri var: "3 oyunçumuz sabahkı görüşdə meydana çıxmayacaq. Onları başqaları ilə əvəzləyəcəyik. İlk matçda çətinliklə də olsa, qalib gəldik. İnanıram ki, sabah da belə olacaq. Heyətdəki itkilərin bizə problem yaradacağını düşünmürəm".
 
Baş məşqçinin sözlərinə görə, cavab görüşündə heç-heçə də onlar üçün qənaətbəxş nəticə sayılacaq: "Amma mən heç vaxt komandamı meydana bərabərlik üçün çıxarmamışam. Bakıya qələbə qazanmaq üçün gəlmişik".






Çempionlar liqası

"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər