23 oktyabr 2024. Çərşənbə

Qarabağ'ın oyununa cəmi 5 min bilet qalıb


Qarabağ'ın oyununa cəmi 5 min bilet qalıb
"Qarabağ"ın bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə keçirəcəyi cavab oyununa maraq daha yüksəkdir.  Corner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq kassalarda sözügüdən görüş üçün cəmi 5 min bilet qalıb. 

Matç biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 10, 20 və 50 manat təşkil edir. Biletləri "Iticket.az"ın satış məntəqələrindən (11:00-dan 20:00-dək) və onlayn şəkildə, həmçinin, Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan (11:00-dan 20:00-dək), matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar. Mərkəzi arenanın kassalarında bilet satışı bu gün saat 15:00-da başlayacaq və 20:00-dək davam edəcək. Digər satış günləri isə 10:00-dan 20:00-dək olacaq.
 
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya saat 20:00-da start veriləcək. Görüşdən əvvəl - saat 18:30-dan etibarən Vətən müharibəsi qazilərinin iştirakı ilə konsert proqramı olacaq. Həmçinin "Bakı Metropoliteni" QSC oyunla əlaqədar bu gün gücləndirilmiş rejimdə işləyəcəklərini bildirib. 
 
Xatırladaq ki, bu komandalar arasında ilk görüşdə Polşa təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.






Çempionlar liqası

"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər