15 avqust 2026. Şənbə

ÇL-sı oyunlarından biri təxirə salındı


ÇL-sı oyunlarından biri təxirə salındı
Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin bu gün keçirilməli olan oyunlarından biri təxirə salınıb. Corner.az xəbər verir ki, “Klaksvik” (Farer adaları) - “Bodo Qlimt” (Norveç) görüşü sabaha keçirilib.
 
Buna qonaq komandanın hava şəraiti ilə əlaqədar Farer adalarına səyahət etməkdə çətinlik çəkməsi səbəb olub. Norveç təmsilçisi bununla bağlı meydan sahibləri və UEFA ilə əlaqə saxlayaraq görüşün sabaha ertələnməsini xahiş edib. Beləliklə, qitə futbol qurumu matçın vaxtını sabah saat 21:00-a dəyişib.
 
Bu komandalar arasındakı ilk oyunda “Bodo Qlimt" 3:0 hesabı ilə qalib gəlib.






Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu