- Çempionlar liqası
- 15:49 30.01.2025
Bu gün Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb. Corner.az xəbər verir ki, Ağdam klubu ÇL-in 1-ci təsnifat mərhələsi çərçivəsində Bakıda Polşanın “Lex” komandasını qəbul edib.
“Qarabağ” Poznanda keçirilən ilk qarşılaşmada 0:1 hesabı ilə məğlub olmuşdu. Bu səbəbdən “köhlən atlar” növbəti mərhələyə adlamaq üçün “Lex”ə ən azı iki top fərqi ilə qalib gəlməliydi idisə, Polşa klubuna heç-heçə də bəs edirdi.
Matçın 22-ci saniyəsində hesabı qonaqlar açıb. Amma buna baxmayaraq Ağdam təmsilçisi ilk yarıda ümumi hesabı bərabərləşdiribsə, fasilədən rəqibinə darmadağınla qalib gəlib. Beləcə, Azərbaycan çempionu əzmkar qələbə qazanaraq ÇL-in 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb.
“Qarabağ”ın ÇL-in ikinci təsnifat mərhələsindəki rəqibi İsveçrə çempionu “Sürix” olacaq. Ağdam klubu İsveçrə təmsilçisi ilk oyunu Bakıda, cavab matçını səfərdə keçirəcək.
Cütün məğlubu olan “Lex” də avrokuboklarda mübarizəni başa vurmayacaq və Konfrans Liqasının 2-ci təsnifat mərhələsində yarışacaq. Polşa çempionunun rəqibi isə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu olacaq. Bu komandaların Slovakiyadakı ilk oyunu heç-heçə yekunlaşıb – 0:0.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
12 iyul
Qarabağ – Lex 5:1
Qol: K.Borges, 14; 74. F.Ozobiç, 42. K.Medina, 56. A.Hüseynov, 77 – K.Velde, 1.
Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper (hamısı İngiltərə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 0:1.