31 iyul 2026. Cümə

Qarabağ bu gün bizi keyfiyyət baxımından üstələdi


Qarabağ bu gün bizi keyfiyyət baxımından üstələdi
Polşanın "Lex" klubunun baş məşqçisi Con van den Brom Bakıda "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, niderlandlı mütəxəssis, matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Öncə "Qarabağ"ı qələbə münasibətilə təbrik edir, növbəti mərhələdə onlara uğurlar arzulayıram. Biz də mərhələ keçə bilərdik. Bunun üçün əsasımız da var idi. Amma oyun uğursuz alındı. Çoxlu səhvə yol verdik. Təəssüf ki, hakim səhvləri də oldu. Yan xətt hakimləri azı 3 epizodda oyundankənar vəziyyət qeydə almadı. Amma bu, bəhanə olmamalıdır. "Qarabağ" bu gün əla oynadı və bizi keyfiyyət baxımından üstələdi".
 
Niderlandlı baş məşqçinin sözlərinə görə, məğlubiyyətin fərqi yoxdur: “Amma 1:5 böyük hesabdır. Təcrübəmizdə bu cür məğlubiyyət olmayıb. Bəzi nüansları nəzərə almaq lazımdır. Hesab sırf rəqibin çox gözəl oyun sərgiləməsi ilə bağlı idi".
 
Van den Brom hansısa səhvini vurğulamaq istəmədiyini söyləyib: "İlk matçdakı taktikanı bu dəfə də tətbiq etmişdik. Sadəcə, nə isə düz getmədi. Dediyim kimi, "Qarabağ" çox yaxşı oynadı. Burada yalnız rəqibin keyfiyyətli oyunundan söhbət gedə bilər".






Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"