31 yanvar 2025. Cümə

Bu, bir başlanğıcdır - Qurban Qurbanov


Bu, bir başlanğıcdır - Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Polşanın "Lex" komandasına qarşı keçirdikləri cavab oyunu ilə  (5:1, ilk oyun 0:1) bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, "köhlən atlar"ın çalışdırıcısı matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Hamını qələbə münasibətilə təbrik edirəm. Çox möhtəşəm qələbə oldu. Bu cür qalibiyyətlər nadir hallarda olur. Sadəcə, hər şey istədiyimiz kimi alındı. Futbolçular çox istəkli idilər. İlk saniyələrdə qol buraxsaq da, sınmadıq. Oyun intizamını saxladıq. Çox yaxşı komandaya qalib gəldik. Fərqli, sürətli oyunçuları var. Yaxşı əks hücuma çıxırdılar. Bu, bir başlanğıcdır. İlk oyundan sonra hamı Polşa azarkeşlərindən danışırdı. Bu gün gördük ki, bizim fanatlarımız onlardan üstündür. Dünən dedim ki, 10 milyon bizim arxamızdadır. Bu gün də bunun şahidi olduq".
 
50 yaşlı mütəxəssis ötən gecə yuxuda Aqil Abbası gördüyünü bildirib: "Görürəm ki, Şuşadayıq, dağın başında qarın içindədir. Deyir ki, şəhər istidir, bax gör, təpələr necə qarlıdır. Buradan ona salamlarımı çatdırıram".
 
Qurbanovun sözlərinə görə, qarşıda komandasını daha ciddi sınaqlar gözləyir: "Yerimizdə dayanmalı deyilik. Daha ciddi, məsuliyyətli olmalıyıq. Futbolçuların mübarizəsi alqışalayiqdir".
 
O, rəqib komandanın baş məşqçisi Con Van den Bromun hakim səhvləri ilə bağlı fikirlərinə də toxunub: "Hakimliklə bağlı danışılası əlavə nəsə yoxdur. Bizə qarşı da haqsızlıqlar olub. Bu cür fikir bildirməsi normaldır. Məğlub olanda belə şeylər baş verir. Onlara da uğurlar arzu edirəm".
 
Mütəxəssis hər bir jurnalistə öz yaxını kimi baxdığını vurğulayıb: "Biri tənqid edir, biri tərifləyir. Onlar yenə də komandamın arxasındadır. Bu cür şeyləri normal qarşılayıram. Elçin müəlimin kövrəlməsi normaldır. Məndə də olur. Ümumiyyətlə, bu, futbola bağlı hər kəsdə baş verə bilər".
 
Qurbanov Kadi Borgesi yersiz sarı vərəqə aldığı üçün əvvəl danladığını, sonra isə bağışladığını söyləyib: "Belə şeylərə çox həssas yanaşıram. Heç nədən sarı vərəqə almağı oyunçuya yaraşdırmıram. Buna görə hirsləndim. Amma eşidəndə ki, birinci "sarı"sıdır, fasilədə həm danladım, həm də bağışladım”.






Çempionlar liqası

“Komandanın oyunundan razıyıq"
  • Çempionlar liqası
  • 15:49 30.01.2025
“Komandanın oyunundan razıyıq"
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
  • Çempionlar liqası
  • 19:51 28.01.2025
"Qasperini “Atalanta”da inanılmaz iş görür"