- Çempionlar liqası
- 15:49 30.01.2025
Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.
Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Polşanın “Lex” klubunu qəbul edib.Ağdam klubu səfərdəki qarşılaşmada rəqibinə 0:1 hesabı ilə məğlub olsa da, doğma meydanda darmadağınla qalib gələrək növbəti mərhələ adlayıb.
İsveç “Malmö”sü səfərdə İslandiyada “Vikinqur”la üz-üzə gəlib. Qonaqlar ilk matçda qələbə qazanmışdılar. Cavab matçı da məhsuldar alınıb. Lakin bu dəfə qalib müəyyənləşməyib. Bu səbəbdən də “Malmö” mərhələ adlayan tərəf olub.
Bolqarıstan “Ludoqorets”i isə səfərdə Monteneqroda “Sutyeska”nın qonağı olub. Bolqarıstan çempionu ilk görüşdə iki top fərqi ilə qalib gəlmişdisə, bu dəfə tək qolla sevinib və mərhələ adlayıb.
Bu komandalarla yanaşı, HJK, “Jalgiris”, “Şkupi”, “Şerif”, “Düdelanj” və “Şemrok Rovers” də növbəti mərhələyə yüksəlməyi bacarıb.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
12 iyul
RFS (Latviya) – HJK (Finlandiya) 2:1 (penaltilər 4:5)
İlk oyun – 0:1
Jalgiris (Litva) – Ballkani (Kosovo) 1:0
İlk oyun – 1:1
Qarabağ (Azərbaycan) – Lex (Polşa) 5:1
İlk oyun – 0:1
Linkoln (Cəbəllütariq) – Şkupi (Şimali Makedoniya) 2:0
İlk oyun – 0:3
Şerif (Moldova) – Zrinski (Bosniya və Herseqovina) 1:0
İlk oyun – 0:0
Tirana (Albaniya) – Düdelanj (Lüksemburq) 1:2
İlk oyun – 0:1
Hibernians (Malta) – Şemrok Rovers (İrlandiya) 0:0
İlk oyun – 0:3
Sutyeska (Monteneqro) – Ludoqorets (Bolqarıstan) 0:1
İlk oyun – 0:2
Vikinqur (İslandiya) – Malmö (İsveç) 3:3
İlk oyun – 2:3