31 iyul 2026. Cümə

UEFA reytinqi: Azərbaycan xal hesabını açdı


UEFA reytinqi: Azərbaycan xal hesabını açdı
Azərbaycan UEFA reytinqində 2022/23 mövsümü üçün xal hesabını açıb. Corner.az xəbər verir ki, bu, "Qarabağ"ın Polşa "Lex"i ilə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşündə qazandığı 5:1 hesablı qələbə sayəsində mümkün olub.
 
Bu qalibiyyət cari mövsümdə 4 klubla təmsil olunan Azərbaycanın aktivinə 0.250 xal gətirib.
 
Azərbaycan son 5 mövsüm üzrə xal sayını da 12.875-ə çatdırıb. Hazırda ölkəmiz bu göstərici ilə 55 UEFA üzvü arasında 29-cu pillədə qərarlaşıb. Bizdən öndə 13.750 xala malik Polşa qərarlaşıbsa, 30-cu yerdə Qazaxıstan (11.625) var.
 
Xatırladaq ki, Azərbaycanı bu mövsüm avrokuboklarda "Neftçi", "Zirə" və "Qəbələ" də təmsil edəcək. Bu komandalar Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar.






Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"