13 may 2026. Çərşənbə

Qarabağ'ın Sürix'lə oyunlarının vaxtı bəlli oldu


Qarabağ'ın Sürix'lə oyunlarının vaxtı bəlli oldu
Futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la İsveçrənin “Sürix” komandası arasında keçiriləcək ilk oyunun vaxtı müəyyənləşib. Corner.az xəbər verir ki, Bakıda baş tutacaq ilk qarşılaşma iyulun 19-da keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matça saat 20:00-da start veriləcək.
 
İyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
 
Xatırladaq ki, Azərbaycan çempionu ÇL-in 1-ci təsnifat mərhələsində Polşa "Lex"ini mübarizədən kənarlaşdırıb - 0:1; 5:1. “Sürix” isə mübarizəyə birbaşa 2-ci təsnifa tmərhələsindən başlayacaq.






Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"