27 mart 2026. Cümə

ÇL-in I təsnifat mərhələsinə yekun vuruldu


ÇL-in I təsnifat mərhələsinə yekun vuruldu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, ikinci oyun günündə 6 qarşılaşma baş tutub.

“Ferentsvaroş” doğma meydanda Qazaxıstan “Tobol”unu qəbul edib. Komandalar arasındakı ilk görüşdə hesab açılmamışdısa, bu dəfə macarlar darmadağınla qalib gəlib.

“Dinamo” (Batumi) klubu Gürcüstanda Slovakiyanın “Slovan” (Bratislava) kollektivi ilə qarşılaşıb. Bratislavadakı ilk qarşılaşmada da qolsuz heç-heçə qeydə alınmışdı. Cavab görüşündə isə qonaqlar qələbəyə sevinən tərəf olub.

Beləliklə, son günün nəticələrindən sonra “Slovan”, “Bodo Qlimt”, “Maribor”, “Ferentsvaroş”, “Pünik” və “Linfild” komandaları növbəti mərhələyə vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
13 iyul

Dinamo (Batumi, Gürcüstan) – Slovan (Bratislava, Slovakiya) 1:2
İlk oyun – 0:0

Klaksvik (Farer adaları) – Bodo Qlimt (Norveç) 3:1
İlk oyun – 0:3

Şaxtyor (Soliqorsk, Belarus) – Maribor (Sloveniya) 0:2
İlk oyun – 0:0

Ferentsvaroş (Macarıstan) – Tobol (Qazaxıstan) 5:1
İlk oyun – 0:0

ÇFR (Rumıniya) – Pünik (Ermənistan) 2:2 (penaltilər 3:4)
İlk oyun – 0:0

Linfild (Şimali İrlandiya) – TNS (Uels) 2:0
İlk oyun – 0:1







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"