27 mart 2026. Cümə

ÇL: Qarabağ'ın III mərhələdəki potensial rəqibləri bəllidir


ÇL: Qarabağ'ın III mərhələdəki potensial rəqibləri bəllidir
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. Corner.az xəbər verir ki, Ağdam klubu II təsnifat mərhələsində İsveçrə "Sürix"ini mübarizədən kənarlaşdırsa, səpələnmişlər səbətində yer alacaq.
 
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 4 cütdən biri ilə və ya Kiprin "Apollon" (Limassol) klubu ilə qarşılaşacaq. Azərbaycan çempionu  "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) cütü ilə qarşılaşmaq şansı yoxdur.
 
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
 
Səpələnmişlər
Dinamo (Zaqreb, Xorvatiya) - Şkupi (Şimali Makedoniya) cütünün qalibi
Srvena Zvezda (Serbiya)
Makkabi (Hayfa, İsrail) - Olimpiakos (Yunanıstan) cütünün qalibi
HJK (Finlandiya) - Viktoriya (Plzen, Çexiya)
Qarabağ (Azərbaycan) - Sürix (İsveçrə)
Jalgiris (Litva) - Malmö (İsveç)
 
Səpələnməmişlər
Ludoqorets (Bolqarıstan) - Şemrok Rovers (İrlandiya)
Maribor (Sloveniya) - Şerif (Moldova)
Linfild (Şimali İrlandiya) - Bodo Qlimt (Norveç)
Ferentsvaroş (Macarıstan) - Slovan (Bratislava, Slovakiya)
Apollon (Limassol, Kipr)
Pünik (Ermənistan) - Düdelanj (Lüksemburq)
 
Liqa Yolu
 
Səpələnmişlər
Benfika (Portuqaliya)
Reyncers (Şotlandiya)
Dinamo (Kiyev, Ukrayna) - Fənərbaxça (Türkiyə) cütünün qalibi
PSV (Niderland)
 
Səpələnməmişlər
Monako (Fransa)
Midtyulland (Danimarka) - AEK (Larnaka, Kipr) cütünün qalibi
Şturm Qrats (Avstriya)
Yunion (Belçika)
 
UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü iyulun 18-də atılacaq.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"