23 oktyabr 2024. Çərşənbə

ÇL-da əsas oyunçu kimi çıxış etmək istəyirəm


ÇL-da əsas oyunçu kimi çıxış etmək istəyirəm

"Hazırkı minimum planımız UEFA miqyaslı istənilən turnirin qrup mərhələsinə vəsiqə qazanmaqdır. Lakin bu turnirin Çempionlar Liqasının olmasını istədiyimiz aydındır".

Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Filip Ozobiç Xorvatiya mətbuatına açıqlamasında deyib.

31 yaşlı yarımmüdafiəçi Avropanın ən nüfuzlu klub yarışında aparıcı oyunçu kimi çıxış etmək istədiyini vurğulayıb: "Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" bir mövsüm oynayıb. Bu, mənim komandaya gəlişimdən əvvəl baş verib. Özüm də əvvəllər Rusiya "Spartak"ında ikən Çempionlar Liqasında oynamışam. Həmin vaxt 18 yaşım var idi. Amma arzumu komandanın əsas oyunçularından biri kimi həyata keçirmək istəyirəm".

Klubla müqaviləsi bu mövsümün sonunda başa çatacaq Ozobiç gələcək taleyi barədə danışmağın tez olduğu sözlərini də əlavə edib: "Hələlik sağlamam və qalan hər şey tədricən gələcək. "Böyük beşlik"də özümü sınamaq istərdim, amma "Qarabağ"ın mənə uyğun olduğunu da bildirməliyəm. Bir ildən sonra nələrin olacağını demək hələlik tezdir".







Çempionlar liqası

"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər