23 oktyabr 2024. Çərşənbə

ÇL; Şaxtyor ev oyunlarını bu şəhərdə keçirəcək


ÇL; Şaxtyor ev oyunlarını bu şəhərdə keçirəcək
"Şaxtyor” (Donetsk) Rusiya ilə Ukrayna arasında gedən müharibə səbəbindən Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarını Polşanın paytaxtı Varşavada keçirəcək. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Oyunların “Legiya”nın stadionunda oynanılacağı açıqlandıqdan sonra “Şaxtyor”un baş direktoru Sergey Palkin məsələyə münasibət bildirib. O, bu qərar üçün təəssüflənib:
 
“Çox təəssüf ki, “Şaxtyor”un Çempionlar Liqasının qrup mərhələsinin oyunlarını Varşavada keçirməsi qərara alınıb. “Legiya” rəhbərliyinə təşəkkür etmək istəyirəm ki, klub bizə bu şəraiti yaratdı. Həqiqətən də, “Şaxtyor” və “Legiya” azarkeşlərinin, hazırda Varşavada və digər şəhərlərdə yaşayan polşalıların və ukraynalıların bizə dəstək olacağına ümid edirik. İnanırıq ki, “Legiya”nın təşkil etdiyi əla şərait və azarkeşlərin stadionda yaradacağı inanılmaz ab-hava “Şaxtyor”un Çempionlar Liqasının bu mövsümündə uğurla çıxış etməsinə kömək edəcək”.






Çempionlar liqası

"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər