13 aprel 2026. Bazar ertəsi

Qarabağ'ın ÇL-dakı potensial rəqiblərinin sayı azaldı


Qarabağ'ın ÇL-dakı potensial rəqiblərinin sayı azaldı

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimindən əvvəl "Qarabağ"ın potensial rəqiblərinin sayı azalıb.

Corner.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi İsveçrə "Sürix"ini üstələyəcəyi təqdirdə, səpələnmişlər səbətində yer alacaq. Bu halda rəqiblər "Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya) və "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) cütlərinin qalibləri, eləcə də Kiprin "Apollon" (Limassol" komandası olacaq.

Qeyd edək ki, iyulun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Oyunlar isə 2-3 avqust və 9 avqustda keçiriləcək.







Çempionlar liqası

Flikin qərarı Levandovskini məyus etdi
  • Çempionlar liqası
  • 22:57 09.04.2026
Flikin qərarı Levandovskini məyus etdi