30 iyun 2026. Çərşənbə axşamı

Qarabağ'ın yeni transferi Sürix'lə oyun üçün sifariş olundu


Qarabağ'ın yeni transferi Sürix'lə oyun üçün sifariş olundu

"Qarabağ"ın yeni transferi Julio Roman Bakıda İsveçrə "Sürix"inə qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda iştirak edə biləcək.

Bu barədə Corner.az Ağdam klubunun Mətbuat Xidmətindən məlumat verilib.

24 yaşlı yarımmüdafiəçi İsveçrə təmsilçisi ilə görüşlər üçün sifariş olunub.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu