15 avqust 2026. Şənbə

Müdafiədə diqqətli olmalıyıq - Qurban Qurbanov


Müdafiədə diqqətli olmalıyıq - Qurban Qurbanov
"Bu komandaya qarşı oyuna hazırlaşmaq üçün bir həftə vaxtımız var idi. Bundan maksimum istifadə etmək istədik. Rəqibin son matçlarını təhlil etmişik, onların son çempionat matçındakı hesabı bizi aldada bilər". Corner.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçrə "Sürix"inə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
 
50 yaşlı mütəxəssis yaxşı komandaya qarşı oynayacaqlarını bildirib: "Sürix" fərqli sistemlə çıxış edir. 90 dəqiqə meydanda diqqətli olmalıyıq. Biz rəqibi tam yaxından tanımırıq. Oyunun gedişində tanımağa başlayacağıq. İsveçrə çempionuna qarşı oynayacağıq. Sona 4 tur qalmış çempionluğu təmin etmişdilər. Bu da onların potensialında xəbər verir. Müdafiədə həddindən artıq diqqətli olmalıyıq. Rəqibin əks-hücumlarına da hazır olmalıyıq".
 






Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu