27 mart 2026. Cümə

Qarabağ və Sürix'i yaxşı tanımıram


Qarabağ və Sürix'i yaxşı tanımıram

"Slovakiyanın "Slovan" (Bratislava) komandasını keçəndən sonra nəsə demək olar. Növbəti raunddakı rəqibləri peşəkarcasına təhlil edəcək qədər yaxşı tanımıram".

Corner.az-ın məlumatına görə, bunu Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Henri Vinqo UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri barədə danışarkən deyib.

Macarıstan çempionu II təsnifat mərhələsində "Slovan" səddini keçəcəyi təqdirdə, "Qarabağ" - "Sürix" (İsveçrə) cütünün qalibi ilə üz-üzə gələcək.

26 yaşlı yarımmüdafiəçi uzaq məsafəli oyunlar üçün İsveçrə təmsilçisinin münasib rəqib olduğunu bildirib: "Hər hansı matça saatlarla səyahət etmək yaxşı deyil. Bu, Azərbaycanda bizi gözləyə bilər. Amma hələlik növbəti komandalar haqqında düşünmək ayıbdır".

Qeyd edək ki, "Ferentsvaroş" və "Slovan" komandaları arasında Macarıstanda keçiriləcək ilk oyun iyulun 20-də olacaq. "Qarabağ" isə bu gün Bakıda "Sürix"i qəbul edəcək. Görüş saat 20:00-da start götürəcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"